EN

Şara, 1967 ci ildən bəri BMT də çıxış edən ilk Suriya prezidenti olacaq

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriya Prezidenti Əhməd Şara, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb. 

Sherg.az xəbər verir ki, sessiya 22–29 sentyabrda Nyu-Yorkda keçiriləcək. Şara, 1967-ci ildən sonra BMT-də çıxış edən ilk Suriya prezidenti olacaq.

Sessiyada 10 ölkənin Fələstin dövlətini tanıyacağı gözlənilir: Fransa, Kanada, Avstraliya, Belçika, Lüksemburq, Malta, Portuqaliya, Andorra və San-Marino. Böyük Britaniya isə bu gün Baş nazir Keyr Starmerin açıqlaması ilə Fələstini tanıyacaq.

Fələstin naziri Farsin Ağabekian Şahin, sabah daha çox ölkənin Fələstini tanıyacağı tarixi bir günə şahidlik edəcəklərini bildirib. O, Qəzzadakı mühasirə və bombardmanın dayandırılması, aclığın qarşısının alınması və əhalinin məcburi köçürülməsinin önlənməsinin Fələstin hökumətinin əsas hədəfi olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
sherg.az

2Sources