EN

Ruben Amorim: “Bu oğlan tarixə düşməyi haqq edir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim, Premyer Liqada “Çelsi” üzərində 2:1 hesablı qələbədən sonra komandanın kapitanı Bruno Fernandesə yüksək qiymət verib.

İdman.biz xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilk hissədə hesabı açıb və bununla da “Yunayted”də bütün turnirlərdə vurduğu qolların sayını 100-ə çatdırıb.

Amorim futbolçusunun komanda üçün əhəmiyyətini xüsusi vurğulayıb: “Onun hər cür tərifə layiq olduğunu düşünürəm. Bu oğlan yalnız özü etdiklərinə görə deyil, həm də komandasının qazandığı uğurlara görə klubumuzun tarixinə düşməlidir”.

Qeyd edək ki, “Çelsi” üzərində qələbə “Mançester Yunayted”in uğursuz mövsüm startından sonra yaranmış gərgin atmosferi bir qədər yumşaldıb. Komanda turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Qırmızı şeytanlar” növbəti görüşlərini sentyabrln 27-də “Brentford”a, oktyabrın 4-də “Sanderlend”ə, oktyabrın 19-da isə “Liverpul”a qarşı keçirəcək.

İdman.biz

Chosen
1
1
idman.biz

2Sources