EN

Putin dünyaya, xalqına və özünə yalan danışır Mur

ain.az bildirir, Axar.az portalına istinadən.

Mən Putinin Ukraynanın təslim olmasından başqa danışıqlar yolu ilə sülh əldə etməkdə maraqlı olduğuna dair heç bir sübut görmədim. Putin Ukraynanın suverenliyini, onun bir ölkə və millət kimi mövcudluğunu rədd edir.

Axar.az xəbər verir ki, bunu Britaniyanın Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur İstanbulda vida çıxışında deyib.

“Putin dünyanı Rusiyanın qələbəsinin qaçılmazlığına inandırmağa çalışdı. Amma yalan danışır. O, dünyaya yalan danışır. Xalqına yalan danışır. O, bəlkə də özünə yalan danışır. Açıq danışaq, Putin loxmanı uddu, amma çeynəyə bilmir. O, asanlıqla qalib gələcəyini düşünürdü. Lakin o, bir çoxları kimi ukraynalıları aşağı qiymətləndirdi. Həqiqətən də, Putinin hərəkətləri Ukraynanın milli kimliyini gücləndirdi və ölkənin Qərb oriyentasiyasını sürətləndirdi”, - Mur bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
axar.az

2Sources