EN

Lyuis Hemilton Azərbaycan Qran prisinin startı öncəsi: “Bakıda əla tras var”

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Yeddiqat dünya çempionu Lyuis Hemilton Azərbaycan Qran-prisinin təsnifat mərhələsinin ikinci hissəsində mübarizəni dayandırsa da, bu gün keçiriləcək əsas yarışda mövqeyini yaxşılaşdıracağına ümid edir.

İdman.biz xəbər verir ki, Hemilton əsas yarışla bağlı gözləntilərini açıqlayıb.

“Bizim əsas vəzifəmiz irəliləməkdir, bunun üçün isə rəqibləri geridə qoymaq lazımdır. Məşqlərdə maşın əla sürət göstərdi və ümumiyyətlə, bütün həftəsonu yaxşı təsir bağışlayır. Düşünürəm ki, bu dəfə bolid əvvəlki mərhələlərdən daha yaxşı işləyir”, – deyə pilot bildirib.

Britaniyalı pilotun sözlərinə görə, Bakı trası yüksək temp nümayiş etdirməyə və ötmələr etməyə imkan verir. O əlavə edib ki, taktika seçimi hava şəraitindən, temperaturdan və küləkdən asılı olacaq: “Ümidim bizim yarış tempimizədir. Üstəlik, Bakıda əla tras var və burada ötmələr etmək mümkündür. Məncə, bir pit-stop kifayət edə bilər. Amma dünənki kimi hava soyusa, təkərlərdə problem yarana bilər. Gözləyək və görək, hər şey necə olacaq”.

Mənbə: İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
icma.az

2Sources