1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının rəsmiləri ABŞ-nin Baqram hərbi hava bazasının nəzarətini geri alma təhdidlərini kəskin surətdə rədd edərək vurğulayıblar ki, hər hansı xarici hərbi mövcudluğu bərpa etmə cəhdi qəti müqavimətlə qarşılanacaq.
Oxu.Az bu barədə "Sinhua" agentliyinə istinadla xəbər verir.
"Bizim cavabımız belədir: əgər getməsəniz və bazaları almaq istəsəniz, biz sizinlə daha 20 il vuruşmağa hazırıq", - deyə Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zakir Cəlali ABŞ qoşunlarının qaytarılması ideyasını rədd edərək bildirib ki, əfqanlar heç vaxt öz ərazilərində xarici qoşunları qəbul etməyiblər və Vaşinqtonla hər hansı dialoq hərbi işğalın təkrarını istisna etməlidir.
ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Əfqanıstan hakimiyyəti Baqram aviabazasına nəzarəti Birləşmiş Ştatlara qaytarmaqdan imtina edərsə, bu ölkə pis nəticələrlə üzləşəcək.
Qeyd edək ki, Kabilin təxminən 50 km şimalında yerləşən Baqram hərbi hava bazası, 20 illik müharibə ərzində ABŞ və NATO-nun əməliyyatlarının mərkəzi rolunu oynayıb.