EN

Ərdoğandan Özgür Özələ sərt reaksiya: “Kar eşitməz, uydurur"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər etməzdən əvvəl açıqlama verib. O, CHP sədri Özgür Özəlin “Trampın oğlu ilə bazarlıq” iddialarına cavab olaraq “Kar eşitməz, uydurur. Bu adam da daim uydurur. Biz təyyarə alımağı Özgür Özələ soraraq etməmişik, etmərik də.” deyib.

Sherg.az xəbər verir ki, Ərdoğan Nyu-Yorkda 23 sentyabrda BMT-də çıxış edəcəyini, orada Qəzzədə baş verən faciəni, Türkiyənin bölgədəki sülh səylərini, Şimali Kiprdəki türklərin hüquqlarını gündəmə gətirəcəyini bildirib. O, “Dünya 5-dən böyükdür” ifadəsini təkrarlayaraq BMT-də islahatlara ehtiyac olduğunu vurğulayıb.

Prezident səfər çərçivəsində Tramp ilə 25 sentyabrda görüşəcəklərini, ticari və hərbi mövzuları, o cümlədən Boeing təyyarələri, F-16 və F-35 məsələlərini müzakirə edəcəklərini açıqlayıb.

Müdafiə naziri Yaşar Gülerin sözlərinə görə, Türkiyə 40  F-16 Block 70 təyyarəsi üçün ödəniş edib, F-35-lərin alınması üçün isə ABŞ-la danışıqlar davam edir. Türk Hava Yolları "Boeinq"-dən 300 təyyarə almağı planlaşdırır.
Chosen
3
1
sherg.az

2Sources