EN

Türkiyənin briqada generalı "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampla aparacağı danışıqların mövzularından biri də "F-35" qırıcıları olacaq.

"Haber Global" telekanalının mövzuya dair süjetində "F-35" layihəsindən çıxarılmış Türkiyənin sözügedən qırıcıları yenidən əldə etmək imkanı müzakirə edilib.

İstefada olan briqada generalı Esat Arslan xatırladıb ki, Türkiyə 2019-cu ilədək "F-35" layihəsinin tərəfdaşı olub.

O, "F-35" qırıcılarının özəlliklərindən danışaraq bildirib ki, bu təyyarələr silahlarını açıq şəkildə deyil, qapalı şəkildə, içəridə daşıyırlar.

Arslan həmçinin vurğulayıb ki, "F-35"lər müəyyən mərkəzdən idarə edilirlər:

"Yəni pilot qırıcıya oturan zaman Vaşinqtondan kod gəlmədiyi müddət ərzində onu idarə edə bilməz".

Ekspert "F-35" qırıcılarının ən böyük özəlliyinin isə radarlarda görünməməsinin olduğunu söyləyib.

Daha ətraflı süjetdə:

(Oxu.az)

Chosen
8
6
musavat.com

7Sources