Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı bu gün başa çatacaq.

Offsideplus.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) son gündə final qarşılaşmasına çıxacaq. O, Azərbaycana 2-ci qızılı qazandıra bilər.

İdmançımız iranlı Səid Esmaili ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.