EN

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

"Qarabağ" "Benfika" ilə matçda sona qədər təslim olmayıb.

Bunu "Qrabağ"ın futbousu Kamilo Duran "Sport" TV-yə açıqlamasında deyib.

O, Çempionlar Liqasının əsas mərhələsində qazandıqları möhtəşəm qələbəyə görə sevincli olduqlarını dilə gətirib:
 

"Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq. Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq".


"Benfika" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kamilo Duran "köhlən atlar"ın ikinci qolunu vurub. (sportinfo.az)

Chosen
6
7
news365.az

8Sources