EN

Lionel Messi bombardirlər siyahısında liderliyə yüksəlib

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in cari mövsümündə bombardirlər siyahısında liderliyə yüksəlib.

İdman.biz xəbər verir ki, 38 yaşlı argentinalı ulduz “DC Yunayted”lə oyunda iki dəfə fərqlənərək 22-ci qolunu vurub.

Bu nəticə onu “Neşvill”in forvardı Sem Surricidən (21 qol) bir pillə üstün edib.

Qeyd edək ki, “İnter Mayami” 28 matçdan sonra 52 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Messi bu mövsüm həm komandası üçün, həm də fərdi statistikada əla nəticə göstərir.

İdman.biz

Chosen
15
idman.biz

1Sources