EN

Ayntraxt ın hücumçusu Qarabağ a qarşı oynamayacaq? Ağdam klubunun rəqibində ayrılıq gözlənilir

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ayntraxt" Mişi Batşuayi ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi 31 yaşlı hücumçunun əvəzinə daha gənc futbolçuya şans vermək istəyir.

Mişinin maaşı yüksək olduğundan qış "transfer pəncərəsi"ndə onunla işbirliyinə son qoymaq niyyətindədir. Təcrübəli forvardın Almaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Batşuayi öz üçün yaxşı variant taparsa, qışda Almaniyanı tərk edəcək. Belçikalı karyerası ərzində “Standard”, “Marsel”, “Borussiya”(Dortmund), “Çelsi”, “Valensiya”, “Kristal Pelas”, “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”da oynayıb.

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı Çempionlar Liqasının 7-ci turu çərçivəsində, yanvarın 21-də Bakıda keçiriləcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
1
sportal.az

2Sources