Bakıdakı yarış "Formula 2" pilotu Cek Krouford üçün mükəmməl alınıb.
İdman.biz-in "Report"a istinadən məlumatına görə, bu bu barədə "Dams Lukas Oil" komandasının sürücüsü açıqlama verib.
O, qalib gəldiyi əsas yarışda sürətin yüksək olduğunu bildirib: "Həftəsonu mənim və komanda üçün mükəmməl keçdi. Burada sürət çox yüksək idi. Son anlarda əsas məqsədim düzlüklərdə fərqi qorumaq oldu".
ABŞ-dən olan pilot küləyin onlara çətinlik yaratdığını söyləyib: "Ritmi tutmuşdum. Amma güclü külək işimi çətinləşdirdi".
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.
İdman.biz