EN

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyanla keçmiş həyat yoldaşı reper Kanye Uestin 2018-ci ildə baş tutmuş gərgin telefon danışığı yeni yayımlanan “In Whose Mind? adlı sənədli filmdə əks olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, filmdə yayımlanan görüntülərdə Kardaşyan həyat yoldaşına şirkətlərlə əlaqələri kəsməməsi barədə xəbərdarlıq edir:

“Şirkətlərlə körpüləri yandırmağın əleyhinəyəm. Bir gün oyanacaqsan və əlində heç nə qalmayacaq”.

Kanye isə bu sözlərə əsəbi reaksiya verir:

“Heç vaxt mənə “bir gün heç nəyin qalmayacaq” demə. Belə bir şeyi kainata söyləmə!”

Filmdə Kim Kardaşyanın göz yaşları içində dediyi sözlər də yer alır:

“Yata bilmirəm, bütün günü ağlayıram. Bitməyən bir kabusun içindəyəm”.

Uest isə sərt şəkildə cavab verir:

“Musiqi sənayesi mənim vecimə deyil, mən köləlik işinin içindəyəm”.
 

Sənədli filmdə Kim Kardaşyanın anası Kris Cennerin də Kanye Uest ilə gərgin telefon söhbətinə yer verilir. Həmin kadrda Kanyeyə 2016-cı ildə bipolar pozuntu diaqnozu qoyulduğu xatırladılır. Uestin isə həmin vaxt “Dərman qəbul etməkdənsə, ölməyi üstün tutaram” dediyi açıqlanır.


Cütlüyün nikahı 2021-ci ildə başa çatıb, boşanma prosesi isə 2022-ci ildə rəsmiləşib. Onların 8 illik evlilikdən 4 övladı var. (Musavat.com)


Bizim.Media

Chosen
25
4
bizim.media

5Sources