ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər ölkə hakimiyyəti “Baqram” aviabazasına nəzarəti ABŞ-yə qaytarmaqdan imtina edərsə, Əfqanıstan nəticələrlə üzləşəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.
“Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəsə baş verəcək”, – Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.
Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə hava bazası ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. O, Vaşinqtonun obyektə nəzarəti bərpa etməyə cəhd etdiyini bildirib.