EN

Britaniya qırıcılarından Rusiyanın hava təhdidlərinə cavab

Böyük Britaniyanın Müdafiə Nazirliyi diqqət çəkən məlumat yayıb.

Publika.az xəbər verir ki, nazirlik Kral Hərbi Hava Qüvvələrinin Şərq Keşikçiləri Əməliyyatı (Operation Eastern Sentry) çərçivəsində Polşa səmasında patrul xidmətinə başladığını rəsmən açıqlayıb.

"Cümə günü axşam Kral Hərbi Hava Qüvvələrinə məxsus Voyager təyyarəsinin dəstəyi ilə iki Britaniya qırıcı təyyarəsi Polşa səmasında patrul etmək və Rusiyanın hava təhdidlərinə, o cümlədən pilotsuz təyyarələrə qarşı müdafiə etmək üçün Linkolnşir əyalətindəki RAF Coningsby-dən havaya qalxıb. Onlar şənbə günü səhər tezdən Böyük Britaniyaya qayıdıblar",- məlumatda qeyd edilib.

Nazirlik onu da əlavə edib ki, bu ilk əməliyyat missiyası Rusiya pilotsuz təyyarələri tərəfindən Polşanın hava məkanının pozulmasından sonra həyata keçirilib.

Chosen
24
publika.az

1Sources