EN

"Formula - 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir - FOTO

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir.

İdman.biz xəbər verir ki, onlar müxtəlif sahələrdə - media, akkreditasiya, protokol, tamaşaçı xidmətləri, təhlükəsizlik və digər istiqamətlərdə fəaliyyət göstərirlər.

Seçilmiş könüllülər arasında tələbələr, gənc mütəxəssislər, müxtəlif peşə sahibləri yer alır.

Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçmişdi. Onlardan cəmi 2 mini seçilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da başlayacaq.

İdman.biz

Chosen
10
7
idman.biz

9Sources