EN

Dünya çempionatı: Həsrət Cəfərov qızıl medal uğrunda güləşəcək

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı bu gün başa çatır.

İdman.biz xəbər verir ki, yarışın sonuncu günü yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) final görüçünə çıxacaq.

Gənc pəhləvanımız qızıl medal uğrunda iranlı Səid Esmaili ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

İdman.biz

Chosen
5
5
idman.biz

10Sources