EN

Maduro ABŞ-a cavab verdi: Müdafiəyə hazırıq…

Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkəsinin suverenliyini müdafiə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Prezident Nikolas Maduro deyib.

"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir. Biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - Maduro bildirib.

O, Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb və Venesuelanın azad və suveren ölkə olaraq qalacağını vurğulayıb.

Chosen
15
3
axar.az

7Sources