EN

Rafael Fizievdən Oliveira ilə döyüşdən çəkilməsinə MÜNASİBƏT

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev oktyabrın 12-də Rio-de-Janeyroda keçiriləcəyi palanlaşdırılan braziliyalı Çarlz Oliveyraya qarşı döyüşdən çəkilməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, döyüşçü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, Çarlzla döyüşə ciddi zədə səbəbindən çıxa bilməyəcək. Fiziyev paylaşımında turnirdə iştirak etməyəcəyini təsdiqləyib.

Qeyd edək ki, Fiziyev MMA karyerasında 17 döyüş keçirib, onlardan 13-də qələbə qazanıb. UFC-nin yüngül çəkidə reytinqində isə o, hazırda 10-cu pillədə qərarlaşıb.

İdman.biz

Chosen
12
3
idman.biz

4Sources