Türkiyənin Simav bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat yayıb.
Zəlzələnin 9,49 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.