Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail indi İranı yox, Türkiyəni bir nömrəli təhlükə olaraq görür.
Axar.az “Haber7”ə istinadən xəbər verir ki, bu sözləri keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter deyib.
Ritter bildirib ki, İsrail Türkiyə ilə birbaşa münaqişədən qaçmaq üçün Suriyada bufer zona yaratmaq istəyir:
“İsrail təkcə Dəməşqi bombalamadı. İsrail Suriyada istədiyi yeri bombalamağa davam edir. Suriyanın suveren bir dövlət olması fikri bu mərhələdə gülüncdür.
Bundan əlavə, israillilər Türkiyənin birbaşa sərhədlərində olmasından qorxur. Çünki bu hal İsraillə Türkiyə arasında birbaşa müharibəyə səbəb ola biləcək qüvvələrin toqquşması ehtimalını yaradır ki, İsrail də bunu istəmir”.
İsrail rəsmilərinin təhdidlərində əhəmiyyətli bir dəyişiklik olduğunu iddia edən Ritter əlavə edib ki, siz son zamanlarda yüksək səviyyəli israillilərin İsrail üçün bir nömrəli təhlükənin İran deyil, Türkiyə olduğunu söylədiklərini də eşitmisiniz.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.