EN

ABŞ Latviya, Litva və Estoniyaya hərbi yardımı azaldır

ABŞ Baltikyanı ölkələrə hərbi yardımın prioritetlərini yenidən nəzərdən keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun sözügedən qərarı Avropa diplomatları arasında narahatlıq yaradıb.

Qeyd olunur ki, avqustun sonunda Pentaqon rəsmiləri Avropa diplomatları ilə görüşdə Latviyaya, Litvaya və Estoniyaya təhlükəsizlik sahəsində dəstəyin məhdudlaşdırılacağını bildiriblər.

ABŞ rəsmisi Devid Beyker vurğulayıb ki, Avropa ABŞ-dan asılılığı azaltmalıdır, Amerika hərbçiləri isə əsas diqqəti öz ərazilərinin müdafiəsinə yönəldəcəklər.

Chosen
29
2
apa.az

3Sources