EN

Vilyarreal ın uğuru, Qarabağ ın rəqibinin uğursuzluğu

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya La Liqasında 5-ci turun oyunları davam edir.

İdman.biz xəbər verir ki, günün açılış oyununda “Jirona” “Levante”ni qonaq edib.

Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Jirona"nın 5 oyundan sonra 1 xalı var.

Çempionatın lideri “Real Madrid” isə üçüncü yerdəki “Espanyol”u qəbul edib. Görüş 2:0 hesabı ilə Madrid təmsilçisinin xeyrinə qurtarıb. Madridlilər 15 xalla çempionatın şəksiz lideridirlər.

“Qarabağ”ın Çempionatlar Liqasındakı rəqibi “Atletik Bilbao” səfərdə “Valensiya” ilə oynayıb. Bu oyun da meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Məğlubiyyət "Atletik"in 5-ci yerə düşməsinə səbəb olub.

Turun digər oyununda “Vilyarreal” “Osasuna”nı 2:1 məğlubiyyətə uğradıb. Bu qələbə meydan sahiblərinə 10 xal toplayaraq, liderlər qrupuna daxil olmağa imkan verib.

Daha bir qarşılaşma “Alaves”lə “Sevilya” arasında olub. Qonaqlar "Alaves"dən üstün olublar - 2:1. Bu oyundan sonra hər iki komandanın 7 xalı var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
icma.az

2Sources