EN

Turistlərin Bakıda keçirilən "Formula-1"ə marağı böyükdür

Bakı artıq doqquzuncu dəfədir ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir.

Baku TV "Formula-1" üzrə Azərbaycan Qran-prisinin ikinci günündə avtomobil yarışını izləməyə gələn azarkeşlərin təəssüratını öyrənib.

"Burada təşkilatçılıq yüksək səviyyədədir. Şəhər də çox gözəldir. İlk dəfədir Azərbaycan Qran-prisində iştirak edirəm. Mənim üçün xoş təcrübə oldu", - deyə onlardan biri söyləyib.

Başqa bir azarkeş isə belə deyib:

"Bir çox yerlərdə "Formula-1" yarışlarında olmuşam. Ən gözəl Bakıda təşkil olunub. Həmçinin siz çox qonaqpərvərsiniz. Nəyəsə ehtiyacın olanda insanlar qısa zamanda dəstək olurlar".

Daha ətraflı Baku TV-nin süjetində:

Chosen
34
1
far.az

2Sources