EN

Rumıniya və Polşa Rusiya əleyhinə Türkiyənin “Merops” sistemini quraşdırmaq niyyətindədir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Buxarest, 20 sentyabr, AZƏRTAC

Polşa və Rumıniya son vaxtlar Rusiya pilotsuz uçuş aparatlarının NATO məkanını pozması halları fonunda Türkiyədə istehsal olunan “Merops” (Multispectral Extended Range Optical Sight) hava nəzarət sistemindən istifadə etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sistemin operatorlarının hazırlanması mərhələsində Ukraynanın da iştirakı nəzərdə tutulur. “Merops” helikopterlərə montaj oluna bilər, buludlu hava şəraitində belə düşmən obyektlərini aşkar etmə qabiliyyətinə malikdir. Bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
1
azertag.az

2Sources