EN

Rusiya MN: Azərbaycan istehsalı olan maşını vurduq

“Rubikon” Test Mərkəzinin hücum pilotsuz təyyarələri Zareçnoye kəndi yaxınlığında Azərbaycan istehsalı olan “Gürzə” zirehli döyüş maşınını (AKV) məhv edib.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “Gürzə” Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun mütəxəssisləri tərəfindən yaradılan patrul maşınıdır. İctimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində təqdim edilib. “Toyota HILUX 12” modelinin bazasında hazırlanan “Gürzə-1” taktiki kəşfiyyat patrul maşını 4×4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Ekipaj sürücü və komandir daxil olmaqla 5 nəfərdən ibarərdir. Arxa hissədə yerləşən silahları əlavə 2 nəfər atıcı idarə edir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12,7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 45 dərəcə bucaq altında firlana və 10-45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 2 ədəd 7,62 mm çaplı pulemyot və bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. 12,7 mm-lik pulemyot üçün 300 ədəd, 7,62 mm çaplı pulemyot üçün isə 3000 ədəd mərmidən ibarət döyüş dəsti nəzərdə tutulur. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür. KN-A markalı kollimator və SPP-M optik nişangahlar silahlardan günün istənilən vaxtında dəqiq atəş aparmağa imkan verir. Yüksək keçicilik qabiliyyətinə malik maşın 144 at gücündə 6 silindirli D-4D dizel mühərrik və 5 ötürücülü mexaniki transmissiya ilə təchiz olunub. Mühərrik, tansmissiya və asqılar əlavə olaraq zirehlə qorunur. Klirens standart modeldən daha yüksəkdir. Əlavə su və yanacaq çənləri mövcuddur. Yanğın əleyhinə sistem avtomatik rejimdə çalışır.

Bu hərbi maşın bir neçə xarici sərgidə nümayiş olunub və alıcısı da olub.

2013-cü ildə GDOTS şirkəti 7 il müddətinə 60 milyon dollar dəyərində 1300 ədəd GMV1.1 maşınlarının təchizatı ilə bağlı USSOCOM-la (ABŞ-ın xüsusi əməliyyatlar komandanlığı) müqavilə imzalayıb. Müqavilə 2017-ci ilin yanvarından başlayaraq hər il 170 ədəd GMV1.1 vasitələrini ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlılarına təhvil verilməsini nəzərdə tuturdu.

Yəni “Gürzə”ni ABŞ ordusu alıb və hazırda ABŞ Ukraynanın əsas hərbi təzhizatçısıdır.

Chosen
9
5
konkret.az

6Sources