EN

Avropada hava limanlarına kiberhücum: Uçuşlar gecikdi

"Chek in" və təyyarəyə minik sistemlərini təmin edən şirkətə edilən kiber hücumlar nəticəsində, Londonun

 Hitrou, Brüsselvə Berlin hava limanları da daxil olmaqla bir çox böyük Avropa hava limanlarında fəaliyyətlər pozulub və şənbə günü uçuşlarda gecikmələr və ləğvetmələr yaranıb.

News24.az xəbər verir ki, Avropanın əsas hava limanlarının sistem təminatçıları dünən axşamdan bəri kiber hücuma məruz qalıb. Bir çox hava limanında əməliyyatlar xeyli yavaşlayıb, bəzilərində isə proseslər elektron qaydada deyil, əllə həyata keçirilib. 

Ən çoxhava limanları sırasında Brüssel , Berlin və London Hitrouhava limanları var. Frankfurdvə Hamburqhava limanları isə heç bir problem olmadığını bildirib.

Hava limanı rəsmiləri sərnişinlərdən səbirli olmalarını və hava limanlarında bir qədər daha uzun qalmağa hazır olmalarını istəyiblər. Gecədən bəri davam edən problemin tədricən aradan qaldırıldığı bildirilib. Bəzi hava limanları isə ümumi sistem bağlantısını kəsərək əməliyyatlara manual şəkildə davam edib.

Xeyrənsə Piriyeva

Chosen
49
news24.az

1Sources