EN

“Poqbanın debütünü iki həftə ərzində gözləyirik”

“Monako”nun baş məşqçisi Adi Hytter ulduz yarımmüdafiəçi Pol Poqbanın debüt tarixi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Pol Poqba növbəti iki həftə ərzində meydana çıxacaq"

Qeyd edək ki, fransalı futbolçu yay transfer pəncərəsində “Monako”ya qoşulub və bu klub onun dopinq səbəbindən uzun müddətli diskvalifikasiyadan sonra ilk komandasıdır. Onun son oyunu 2023-cü ilin sentyabrında baş tutub.

32 yaşlı futbolçu “Monako”ya azad agent kimi transfer olunub və iki illik müqavilə imzalayıb. Hazırkı bazar dəyəri 5 milyon avro qiymətləndirilir.

Chosen
9
90deqiqe.az

1Sources