EN

"Təəssüflər olsun ki, ötənmövsümkü səhvlər davam edir" - Kurban Berdıyev

"Turan Tovuz" Misli premyer-liqasının 5-ci tur matçında "Sabah"ın meydanından məğlub ayrıldı - 0:2.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında iştirak etdi.

- Bərabərsəviyyəli oyun gedirdi. Müdafiə xəttindı çox kobud səhv buraxdıq. "Sabah" kimi rəqiblə oyunda bu cüt səhv etmək olmaz. Təəssüflər olsun ki, ötənmövsümkü səhvlər davam edir. Bunları aradan qaldırmağa çalışacağıq.

- Kollektiv ötən mövsüm standart vəziyyətlərdə təhlükə yaradırdı. Bu "futbol ili"ndə onu da görmürük. Sanki komanda hücum etməyi unudub və hücum planında hansısa hazırlıq görmür...
- Yenə də standart vəziyyətlərin üzərində çalışırıq. Daha yaxşısını etməyə səy göstərəcəyik.

KƏNAN BAHADIR

Chosen
17
1
football-plus.az

2Sources