“Arsenal”ın yeni baş direktoru müəyyənləşib.
İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, bu vəzifəyə Riçard Qarlik təyin olunub. O, yeni i yerində Tim Lyuisi əvəzləyib.
Yeri gəlmişkən, bu, London klubunun strukturunda bu il edilən ilk dəyişiklik deyil. Mart ayında Andrea Berta “Arsenal”ın idman direktoru postunda Edu Qasparı əvəzləmişdi.