EN

Kaxaber Tsxadadze: "Heyətin gücləndirilməsinə ehtiyac var"

"Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik".

İdman.biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Kəpəz"lə 3:0-lıq qələbə ilə bitmiş oyundan sonra "Qəbələ" klubunun çalışdırıcısı Kaxaber Tsxadadze deyib.

"Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı", - baş məşqçi bildirib.

Baş məşqçi hədəfimiz Premyer Liqada qalmaq olduğunu qeyd edıb: "Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir".

İdman.biz

Chosen
17
1
idman.biz

2Sources