EN

Qismət Alıyevdən tarixi uğur

Misli Premyer Liqasının V turu “Zirə”nin futbolçusu Qismət Alıyev üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, o, paytaxt təmsilçisinin heyətində 150-ci çempionat oyununu keçirib. 

Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Alıyev 150 oyunda 12 qola imza atıb. Qismətin klubdakı debütü 2020/21 mövsümündə baş tutub. O, 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Qismət Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.

“Qəbələ” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB

“Zirə”dən tarixi qol

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Rəşad Sadıqov: “Hər məşqçini belə qələbələr sevindirir”

Ayxan Abbasov: “Daha inamlı oynasaydıq…”

Chosen
23
1
apasport.az

7Sources