Biləsuvar rayonunda motosikletlə minik avtomobili toqquşub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon mərkəzindən keçən dolama yolda baş verən qəza nəticəsində motosikletin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.