EN

Gəncədə inək mağazaya çırpıldı, xəsarət alanlar var - VİDEO

Gəncə şəhərində inək çörək mağazasına çırpılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Sahibinin nəzarətindən çıxan iri buynuzlu heyvan çörək mağazasın şüşə qapısını sındıraraq içəri daxil olub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.






Chosen
29
2
sherg.az

2Sources