EN

Almaniya Fələstin Muxtariyyətinə təcili yardım göstərmək istəyir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya maliyyə çöküşü ilə üz-üzə olan Fələstin Muxtariyyətinə təcili yardım göstərməyi planlaşdırır.

Bizimyol.info xəbər veririr ki, bunu "Der Tagesspiegel"ə müsahibəsində ölkənin iqtisadi əməkdaşlıq və inkişaf naziri Reem Alabali-Radovan deyib.

“İsrail hökuməti may ayından vergi gəlirlərini köçürmədiyi üçün Fələstin Administrasiyası maliyyə çöküşü ərəfəsindədir. Biz Almaniya hökuməti olaraq Fələstin Administrasiyasına təcili maliyyə yardımı göstərmək istəyimizdə həmrəyik”, - deyə o bildirib.

Alabali-Radovanın sözlərinə görə, Almaniya bu maliyyə məsələsini beynəlxalq tərəfdaşları ilə müzakirə edir. Fələstin Administrasiyasına yardımın göstərilməsi ilə bağlı qərar hələ verilməyib.

Bundan əvvəl Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas bəyan etmişdi ki, baş nazir Benyamin Netanyahu Fələstin Administrasiyasının Qəzzada idarəçiliyə qayıtmasına yeganə maneədir.

O, həmçinin bir çox dövlət başçılarının “Fələstin dövləti”ni tanımaq niyyətində olduğunu bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
bizimyol.info

1Sources