EN

Biləsuvarda yol qəzası motosikletçinin ölümü ilə nəticələnib

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. Hərəkətdə olan motosiklet əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
26
7
apa.az

10Sources