EN

Kiçik çiyinlərdə böyük yük... VİDEO

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin 7 oktyabr 2023-dən bəri davam edən hücumları nəticəsində təxminən 360 kvadratkilometrlik kiçik ərazidə sıxışıb qalan Qəzza əhalisi həyat uğrunda mübarizə aparır. İsrail ordusu 1 milyon fələstinlinin sığındığı Qəzza şəhərinə hücumlarını gücləndirərək mülki əhalini məcburi şəkildə cənuba köçməyə vadar edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, köç zamanı çəkilən kadr dünyada böyük əks-səda doğurub.

Belə ki, görüntülərdə kiçik bir qəzzalı uşağın çiynində bacısını daşıyaraq ağlaya-ağlaya yol getməsi əks olunub. Dünyanın başqa yerlərində həmyaşıdları parklarda oynadığı halda, Qəzzadakı uşaqlar həyatda qalmaq uğrunda mübarizə aparırlar.

Nəqliyyat vasitəsi tapa bilməyən fələstinlilər – aralarında yaralı, xəstə, yaşlı və uşaqların da olduğu minlərlə insan təxminən 20 kilometrlik məsafəni piyada qət etməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
unikal.az

1Sources