EN

Kiçik çiyinlərdə böyük yük... - VİDEO

İsrailin 7 oktyabr 2023-dən bəri davam edən hücumları nəticəsində təxminən 360 kvadratkilometrlik kiçik ərazidə sıxışıb qalan Qəzza əhalisi həyat uğrunda mübarizə aparır. İsrail ordusu, təxminən 1 milyon fələstinlinin sığındığı Qəzzə şəhərinə hücumlarını gücləndirərək mülki əhalini məcburi şəkildə cənuba köçməyə vadar edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, köç zamanı çəkilən kadr dünyada böyük əks-səda doğurub.

Belə ki, görüntülərdə kiçik bir qəzzalı uşağın çiynində kişik bacısını daşıyaraq ağlaya-ağlaya yol getməsi diqqət çəkib. Dünyanın başqa yerlərində həmyaşıdları parklarda oynadığı halda, Qəzzadakı uşaqlar həyatda qalmaq uğrunda mübarizə aparırlar.

Nəqliyyat vasitəsi tapa bilməyən fələstinlilər – aralarında yaralı, xəstə, yaşlı və uşaqların da olduğu minlərlə insan – təxminən 20 kilometrlik məsafəni piyada qət etməyə çalışır.

Chosen
17
unikal.az

1Sources