EN

Bundesliqa: “Bavariya” səfərdə böyük hesabla qalib gəlib

ain.az, Azertag saytına istinadən bildirir.

Berlin, 20 sentyabr, AZƏRTAC

Münxenin “Bavariya” klubu Bundesliqanın 4-cü turunda səfərdə “Hoffenhaym” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, münxenlilər oyunda 4:1 hesabı ilə qalib gəliblər. “Bavariya”nın ingilis legioneri Harri Keyn oyunda ikisi 11 metrlik cərimə zərbəsindən olmaqla üç dəfə (44, 48, 77) fərqlənib. Digər qolun müəllifi Serge Qnabri (90+9) olub. Ev sahiblərinin təsəlli qolunu isə Vladimir Koufal vurub.

Günün digər görüşlərində “Maynts” səfərdə “Auqsburq”u eyni hesabla (4:1) məğlub edib. “Hamburq” doğma meydanda “Haydenhaym”ı məğlubiyyətə uğradıb – 2:1. “Frayburq” isə səfərdə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib.

Günün sonuncu görüşündə “Leyptsiq” və “Köln” komandaları üz-üzə gələcək.

Tura sabah keçiriləcək “Ayntraxt Frankfurt” – “Union Berlin”, “Bayer Leverkuzen” – “Mönxenqladbax” və “Borussiya Dortmund” – “Volfsburq” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, Bundesliqanın 4-cü turunun açılış matçında “Ştutqart” öz meydanında “St Pauli”yə 2:0 hesabı ilə qalib gəlib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
azertag.az

3Sources