EN

Putinin valideynləri barədə DƏHŞƏTLİ sirr üzə çıxdı - Atası anasının gözünü çıxardıb

Almaniyanın BILD nəşri rusiyalı jurnalistlərin hazırladığı kitaba istinadən Vladimir Putinin valideynlərinin gənclik illərindən qalmaqallı bir epizodu işıqlandırıb.

Musavat.com xəbər verir ki, iddialara görə, təxminən 1928-ci ildə Tver vilayətinin Turqinovo kəndində Putinin atası Vladimir Spiridonoviç təsadüfən gələcək həyat yoldaşı Mariya İvanovnanın gözünü çıxarıb.

Jurnalistlərin yazdığına görə, 17 yaşlı Mariya həyətə gənc oğlanları buraxmaq istəməyib. Bundan əsəbiləşən Spiridonoviç və dostları qapını zorla sındırmağa cəhd ediblər. Bu zaman dəmir yaba zərbəsi Mariyanın üzünə dəyib və nəticədə onun gözü çıxarılıb.

Qızın anası məhkəməyə müraciət etməklə hədələyib və nəticədə cütlük məcburi şəkildə evləndirilib. Bundan sonra cütlük tezliklə Leningrada köçüb. O dövrdən qalan fotolarda Mariya İvanovna demək olar ki, həmişə üzünü yana çevirərək zədələnmiş tərəfi gizlədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
5
olaylar.az

7Sources