EN

Zelenski yenə “Koreya ssenarisini” xatırlatdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə edərkən növbəti dəfə “Koreya ssenarisi”nə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə “Qlavkom” məlumat yayıb.

"Bizim Koreyadan fərqli bir hekayəmiz var. Orada məsələ bu idi ki, müharibə yekun sülh müqaviləsi olmadan başa çatdı. Heç kim "koreya", "finlandiya" və ya başqa model nəzərdən keçirmir. Çünki bizdə vəziyyət başqadır", - Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, döyüşlər bitənə qədər Kiyevə təhlükəsizlik zəmanəti verilməlidir. O əlavə edib ki, Ukraynaya bu zəmanətləri vermək üçün atəşkəs kifayətdir və Kiyev münaqişəyə son qoyacaq aydın sənədi gözləmək üçün vaxtını itirə bilməz.

Chosen
31
1
publika.az

10Sources