ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Mingəçevirdə ər qısqanclıq zəminində arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb. 50 yaşlı Azər Bağırov (soyad şərtidir) arvadı Mətanət Bağırovanı döyüb.
İttiham aktına görə, gecə saatlarında Azər yataq otağında arvadının telefonundakı “Whatsapp” tətbiqinə mesaj gəldiyini görüb. Bundan sonra qadının ona xəyanət etdiyini düşünüb. Bu zəminində ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Azər əvvəlcə Mətanətin sifətinə yumruqla, sonra dabankeşlə bədəninə, həmçinin baltanın arxası ilə topuğuna zərbələr vurub. Bundan əlavə o, qadının əllərini dişləyib.
Zərərçəkənin şikayəti əsasında Azər Bağırov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Mingəçevir şəhər Məhkəməsində hakim Elza Cəbrayılzadənin sədrliyi ilə keçirilən prosesdə Azər Bağırov barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.