EN

ABŞ suriyalılara qapını bağlayır: 60 günlük ultimatum

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Suriya vətəndaşları üçün ölkədə müvəqqəti qorunan statusun (TPS) ləğv edildiyini açıqlayıb.Turkustan.az xəbər verir ki, DHS suriyalılara verilən müvəqqəti qoruma statusu ilə bağlı yazılı açıqlama verib.Bəyanatda Daxili Təhlükəsizlik Nazirinin müavini Tricia McLaughlin, "Suriyadakı şərtlər artıq vətəndaşlarının evlərinə qayıtmasına mane olmur. Suriya 20 ilə yaxındır ki, terror və ekstremizm yuvasıdır və suriyalıların ölkəmizdə qalmasına icazə verilməsi milli maraqlarımıza ziddir" sözlərini sitat gətirib.Açıqlamada Suriya vətəndaşlarına ABŞ-ı tərk edərək ölkələrinə qayıtmaları üçün 60 gün vaxt verildiyi, müvafiq qurumlara müraciət etsələr, onlara pulsuz təyyarə bileti, 1000 dollarlıq nağd avans və gələcəkdə mümkün qanuni immiqrasiya imkanının təqdim ediləcəyi qeyd edilib.Açıqlamada, 60 gün keçdikdən sonra müvəqqəti qoruma altına alınan və könüllü deportasiya prosedurlarına başlamamış bütün Suriya vətəndaşlarının nəzarətə alınaraq deportasiya ediləcəyi və bu şəxslərin ABŞ-a qayıtmasına icazə verilməyəcəyi xəbərdarlığı edilib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
icma.az

2Sources