EN

“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib.

Olaylar qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə hakim "Vətəndaş Müqaviləsi" partiyasının qurultayındakı çıxışı zamanı danışıb.

"Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu.

Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur  və bizim məqsədimiz odur ki, bu bir il yeddi ay iki, üç, beş, 50, 100 ilə çevrilsin və Ermənistanın bütün sərhədlərinə toxunsun", - deyə Paşinyan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
11
olaylar.az

10Sources