NATO ölkələri gələn həftənin əvvəlində Estoniyada qırıcılarla bağlı insidenti müzakirə edəcəklər.
AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi alyansın nümayəndəsinə istinadən məlumat yayıb. Konsultasiyalar Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq keçiriləcək.
Estoniya baş naziri Kristen Mixal bildirib ki, ölkə hökuməti 19 sentyabrda Rusiya qırıcılarının hava məkanını pozması iddiası ilə NATO-dan məsləhətləşmələr tələb edib. Tallinnin açıqlamasına görə, həmin gün səhər saatlarında üç MiQ-31 qırıcısı Estoniya hava sərhədini keçib.
Rusiyanın Müdafiə Nazirliyi isə bu iddianı rədd edib. Qurumun məlumatına görə, MiQ-31 qırıcıları Kareliyadan Kalininqrad vilayətinə planlı uçuş həyata keçirib və beynəlxalq hava məkanından istifadə qaydalarını pozmayıb. Nazirlik qeyd edib ki, təyyarələr razılaşdırılmış marşrutdan kənara çıxmayıb və Estoniyanın hava məkanına daxil olmayıb.