EN

Azərbaycan Böyük Britaniya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 27 % artırıb

Bu ilin l yarısında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 64,75 milyon ABŞ dolları birbaşa investisiya qoyub...

Poliqon Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,1 %-dən 4,8 %-ə düşüb.

6 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 806,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 8,8 % azdır.

Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 29,7 %-dən 25 %-ə düşüb.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 % çox) təşkil edib.

Poliqon.info

Chosen
29
8
poliqon.info

9Sources