Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrailin müdafiə naziri Yisrael Katz Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdül-Malik əl-Husini öldürməklə hədələyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, husilərin ötən gün İsrailə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumları ilə bağlı sosial media hesabından açıqlama verən Katz, "Əbdül-Malik əl-Husi, sənin vaxtın gələcək. Cəhənnəmin dərinliklərində səni gözləyən hökumət üzvləri ilə görüşəcəksən", - deyə açıqlaçma verib.
Husilərin paytaxt Səna üzərində nəzarəti itirəcəklərinə və devriləcəklərinə də eyham vuran Katz, “ Yəmənin paytaxtında husi bayrağının yerinə mavi-ağ İsrail bayrağı dalğalana bilər", - deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.