EN

Bəzi ərazilərə leysan yağır, güclü külək əsir - Faktiki hava

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir...

Poliqon xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, TovuzŞabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Poliqon.info

Chosen
76
23
poliqon.info

10Sources