EN

Bu əraziləri LEYSAN VURDU - Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatdı

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3,6 metrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
70
23
olaylar.az

10Sources