EN

Növbəti köç karvanı Kəlbəcərə çatdı, mənzillərin açarları təqdim edildi

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.

Bizim.Media repoert-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə 29 ailə (115 nəfər) köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.

Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 81-ə (338 nəfər) çatıb

Bizim.Media

Chosen
22
1
bizim.media

2Sources